Şrift:
Azərbaycanda avronun bahalaşması davam edir
22.06.2015 [10:19] - Gündəm, İqtisadiyyat
Bu gün iyunun 19-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) iyunun 22-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,01% ucuzlaşaraq 1,0473 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,001 manat və ya 0,08% bahalaşaraq 1,1921 manat olub.

Qeyd edək ki, sonuncu dəfə avronun məzənnəsində bu səviyyə 2007-ci ildə qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 872 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed