Şrift:
Litva XİN rəhbəri Rusiyanı siyasi cəhətdən təcrid etməyə çağırıb
22.06.2015 [11:07] - Gündəm, Siyasət
Litvanın xarici işlər naziri Linas Linkyaviçus Rusiyanı siyasi cəhətdən təcrid etməyə çağırıb.

“Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə Linas Linkyaviçus Avstriyanın “Die Presse” nəşrinə müsahibəsində bildirib.

XİN rəhbərinin sözlərinə görə, Moskvaya təzyiq göstərmək üçün elə də çox vasitə yoxdur: “Belə vasitələrdən biri də sanksiyalardır, lakin onları tətbiq etmək kifayət etmir.

“Biz irəli getməyə qərar verdik və bunu etməliyik. Daha bir variant da var – siyasi təcrid və mən anlamıram ki, o niyə istifadə olunmur. Mən bütün təmasların ləğv edilməsini nəzərdə tutmuram, onlardan bəziləri davam etdirilməlidir. Niyə yüksək səviyyəli görüşlər heç bir səbəb olmadan keçirilir və heç bir nəticə vermir? Bu belə təəssürat yaradır ki, işlər adi rejimdə aparılır”, deyə Linas Linkyaviçus qeyd edib.

Bundan əvvəl Rusiya XİN-i Vaşinqtonun Rusiyanı təcrid etmək cəhdlərinin boşa çıxdığını bəyan edib.
Bu xəbər oxucular tərəfindən 788 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed