Şrift:
İran rəsmisi: Ölkədə fəhlə qadınlar minimum əmək haqqının üçdə birini alırlar
23.06.2015 [10:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın sənaye, mədən və ticarət nazirinin müşaviri Süheyla Colodar Zadə iyunun 21-də jurnalistlərə açıqlamasında ölkədə fəhlə qadınların durumundan və onların iş şəraitindən danışıb.
Qadınlara qarşı ayrı-seçkiliyə toxunan Süheyla Colodar Zadə deyib ki, fəhlə kişilərlə qadınların aldığı maaş arasında böyük fərq var: “Qanun baxımından fəhlə qadınlarla kişilərin əmək haqqı ilə bağlı vəziyyəti bərabər olmalıdır. Lakin biz həmin qanunun icra mərhələsinə gələndə, çox hallarda əmək məcəlləsində öz əksini tapmış minimum maaşın üçdə birinin də qadınlara ödənilmədiyinin şahidi oluruq. Başqa sözlə desək, bu gün İranda fəhlə qadınlar minimum əmək haqqının üçdə birini alırlar.

Hesab edirik ki, bu vəziyyətdən çıxıb fəhlə qadınlarla kişilər arasında ədaləti bərqərar ertmək üçün iş fürsətləri artırılmalı, fəhlə qadınlara dəstək gücləndirilməli, Əmək, Refah və İctimai İşlər Nazirliyi nümayəndələrinin iş yerlərində yoxlama aparması davamlı olmalıdır. Statistik rəqəmlərə görə, bir neçə il bundan əvvələ qədər ölkədə Sosial Təminat Sığortasının qeydiyyatında olan 300 min fəhlə qadın işləsə də, hazırda həmin rəqəm 100 min nəfərə enib”.
Bu xəbər oxucular tərəfindən 769 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed