Şrift:
Yerevanda amansızcasına dağıdılan mitinqdə saxlanılanlar arasında jurnalistlər də var
23.06.2015 [11:33] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Yerevanda mitinqin amansız dağıdılması zamanı saxlanılanlar arasında jurnalistlər var. Bu barədə ARKA xəbər verir.

Bu gün səhər saatlarında Ermənistan polisi Yerevanın mərkəzində elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz əlaməti olaraq keçirilən aksiyanı dağıdıb.

Yerli mətbuat orqanlarının məlumatına əsasən, müxtəlif polis şöbələrinə aparılan jurnalistlər arasında “Qala” şirkəti, Azadlıq Radiosunun Ermənistan xidməti, “Aykakan jamanak” qəzeti, “NETQ” nəşri, news.am, panarmenian.net saytlarının əməkdaşları var.

Bundan başqa, onlarla aksiya iştirakçısı saxlanılıb.

Hüquq-mühafizə orqanları saxlanılanların sayı barədə məlumat veriləcəyini bildirib.

Ermənistan mətbuatında xəsarət alanlar barədə xəbərlər də yer alıb.
Bu xəbər oxucular tərəfindən 982 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed