23.06.2015 [11:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
2012-ci il dekabr ayında Şərqi Azərbaycan vilayəti və Ermənistan arasında əlaqələrin genişlənməsinə etiraz olaraq keçirilən aksiyalara qatıldıqları üçün həbs cəzası alan güneyli fəallardan biri Davud Əzimzadə sərbəst buraxılıb.
Şərqi Azərbaycanın Marağa şəhərindən olan türk fəalın Təbriz Mərkəzi Zindanında keçirdiyi bir il həbs müddəti bir neçə gün öncə başa çatıb.
Fəalın yaxınları keçən bir neçə gün ərzində onunla Marağa şəhərindəki evində görüşüblər.
2012-ci ilin dekabr ayının 27-də İranın Şərqi Azərbaycan vilayəti və Ermənistan Respublikası arasındakı əlaqələrin genişlənməsinə etiraz olaraq Marağanın Müsəlla meydanında keçirilən nümayişə qatılan bir neçə fəal, o cümlədən Davud Əzimzadə, Bəhmən Xaliqi və din xadimi Höccətül-İslam Əzimi Qədim həbs olunaraq Ettelaat həbsxanasına göndərilmişdilər.
Tutulan fəallar daha sonra İnqilab Məhkəmələrində mühakimə edilərək 2013-cü ildə 6 aydan 2 ilədək qəti və şərti həbs cəzalarına məhkum olmuşdular.
Davud Əzimzadənin bir il qəti həbs müddəti sona çatsa da, əlavə olaraq məhkum olduğu 1 il şərti həbs cəzası hökmün çıxarıldığı tarixdən 5 il keçənə qədər qüvvədə qalacaq.
Hakim Davərniyanın imzaladığı məhkəmə qərarında yazılanlara görə, “bu müddət ərzində müttəhim separatçı, millətçi və İnqilaba qarşı olan şəxslərlə təmas qurmamalı, habelə qeyri-qanuni və İran İslam Respublikasına muxalif qruplarla əlaqə qurmamalıdır. Əks təqdirdə ona qarşı şəriət cəza növləri t'tbiq edilə, habelə məhkəmə şərti həbs qərarını ləğv edib onu qəti qərara çevirə bilər.”
Həmin aksiyalara görə nəzarət altına alınıb həbsə məhkum olan Höccətül-İslam Əbdüləziz Əzimi Qədim 2013-cü ilin iyul ayında Amerikanın Səsinə müsahibədə etirazların mahiyyətini anlatmışdı.
“Biz İran və Ermənistan əlaqələrinə etiraz etmədik. O, başqa bir məsələdir. Qarabağ qaçqınlarını heçə sayaraq Azərbaycan və Təbriz adına Ermənistanla əlaqə qurub, işğalçılarla qol-boyun olan Şərqi Azərbaycan məsullarına etiraz üçün öz qanuni haqqımızdan istifadə etdik,” deyə din xadimi müsahibədə vurğulamışdı.

Bu xəbər oxucular tərəfindən 829 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |