23.06.2015 [11:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“İnqilab news” etirazlardan sonra təhqiredici xəbəri vebsaytdan çıxarıb
Xəbər verdiyimiz kimi, İranda “İnqilab news” adlı veb səhəfinin Qaşqay Türklərini təhqir etməsi etirazlara səbəb olub.
Özünü İslam İnqilabı Mədəni Cəbhəsi təmayüllü media adlandıran İnqilab News portalı Qaşqay Tüklərinin toy mərasimində oğlan və qızın birlikdə rəqs etməsini fahişəliyin təbliği kimi qiymətləndirib.
Buşehr vilayətinin Borazcan şəhərinin Faryab Rud kəndində Qaşqay Türklərindən olan Səccad və Mühəddisənin Qaşqay ənənəsi ilə keçirilən toyunda qadın – kişi birlikdə rəqs ediblər.
İran rejiminin radikal qruplarına bağlı xəbər saytı kimi tanınan Inqilab News təhqir edici xəbərdə yazır: “Toy şəkillərində görünən əsas məsələ, qadınların kişilərlə qarışıq rəqsi, intizamsızlıq, fahişəlik və … dir".
Sayt yazır ki, onlar "İran və İslam mədəniyyəti adı altında Qərbin pozğun ənənələrini" yayır.
Əsl Türk Qaşqay tərəkəmə ənənəsi ilə keçirilən toyun fahişəlik və pis sözlərlə ifadə olunması sosial mediada, eləcə də Güney vebsaytlarında etirazlara səbəb olub.
Sərt etirazlarla üzləşən Inqilab News bu xəbəri veb səhifədən çıxardıb və Qaşqay Türklərindən üzr istəyib. Lakin Inqilab News-un geri addımına rəğmən məsələdən narahat olan Qaşqay Türkləri Facebook sosial şəbəkəsində elan ediblər ki, Qaşqay elinin şərəfi və qeyrətini təhqir edən vebsaytı məhkəməyə verəcəklər. "Xalqı və mədəniyətini təhqir edib, sonra bir üzr istəməklə onları bağışlamaq olmaz. Biz gərək Qaşqay olduğumuzu onlar göstərək, və bundan sonra kimsə bizə lovğalıq etməyə cəsarət etməsin” - deyə fəallar bildirib.
Qeyd olunur ki,Qaşqay Türkləri İranın cənub bölgələri olan Şiraz, İsfəhan, Buşehr və s. şəhərlərində yaşayırlar.

Bu xəbər oxucular tərəfindən 862 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |