23.06.2015 [15:17] - Gündəm, Siyasət
BMT-nin Baş katibi Pan Gi Mun Dağlıq Qarabağ münaqişəsi tərəflərinin indiyə kimi sülh nizamlanmasına nail ola bilməmələrindən və gərginliyin artmasından narahatlığını ifadə edib. Bunu P.G.Mun AŞ PA-nın yay sessiyasında çıxışında deyib.
Onun sözlərinə əsasən, münaqişənin hərbi həlli təkcə münaqişə tərəfləri üçün deyil, həm də bütün region üçün dağıdıcı olacaq: "Ümid edirəm ki, ATƏT-in Minsk Qrupu tərəflərə münaqişənin konstruktiv, sülh yolu ilə həllinə nail olmağa kömək edəcək".
Çıxışdan sonra P.G.Mun avroparlamentarilərin suallarına cavab verib. Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva Baş katibə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin rəsmi Yeravan tərəfindən yerinə yetirilməməsi ilə bağlı sual verib.
Millət vəkilinin sualında deyilir: “Cənab Baş katib, 20 ildən artıqdır ki, Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal olunub. 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün öz yurdlarına qayıtmağı arzu edirlər. Beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı bağlı 4 qətnamə qəbul edib. Lakin Ermənistan bu qətnamələrə məhəl qoymur. 20 ildir ki, Ermənistan beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının, o cümlədən AŞ PA-nın (1416 saylı qətnamə, 2005) qətnamələri Ermənsitan tərəfindən yerinə yetirilmir. Ermənistanı beynəlxalq hüquqa və sözügedən qətnamələrə riayət etməsinə məcbur etmək üçün hansı tədbirlər görülə bilər?”
P.G.Mun cavabında qeyd edib ki, atəşkəsin demək olar ki, hər gün pozulması məni ciddi narahat edir: "Atəşkəsin demək olar ki, hər gün pozulması məni ciddi narahat edir. Hər iki tərəfdən insanlar həyatlarını itirir. Bundan başqa, tərəflərin işlətdiyi ritorika da məni ciddi narahat edir. Bu, gərginliyi daha da artırır. Mən hər iki ölkəni münaqişənin dinc yolla həll olunmasına doğru hərəkət etməyə çağırıram. Hərbi qarşıdurma (təsadüfi olmuş olsa belə) həm hər iki ölkə, həm də region üçün dağıdıcı olacaq. Bilirəm ki, ATƏT-in Minsk Qrupu münaqişənin həlli istiqamətində vasitəçilik edirşə, burada ideya münaqişənin davamlı həllinə nail olmaqdır”.

Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |