Şrift:
Təbrizdə orucluq qaydalarına riayət etməyən 92 nəfər tutulub
24.06.2015 [11:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyunun 22-də İranın Şərqi Azərbaycan əyalətinin paytaxtı Təbrizin beynəlxalq Şəhriyar hotelinin kafesində Ramazan qaydalarına riayət etməyən, günorta vaxtında yemək yeyib su içən 92 nəfər tutulub.
Şərqi Azərbaycan əyalətinin hüquq-mühafizə qüvvələri komandanının ictimai işlər üzrə müavini Əli İsmayılpur iyunun 23-də məsələ ilə bağlı jurnalistlərə açıqlamasında deyib ki, tutulub polis bölməsinə aparılanların hamısı gənc oğlan və qızlardır: “Tutulanların 41-i qız, 52 nəfəri isə gənc oğlanlardır. Onlar şəhərin Şəhriyar hotelinin kafesində orucluq qaydalarını pozub yemək yeyərkən saxlanılıb.

Təəssüflər olsun ki, həmin hotelin kafesi Ramazan ayının ilk günündən qanunsuz olaraq müştərilərə xidmət göstərir, onlara yeməklər təklif edirdi. Yeməklər də bir neçə qat bahasına satılırdı. Nəticdə məsələ ilə bağlı məlumat alan kimi əməkdaşlarımız həmin hotelə gedərək bu 92 nəfəri kafe məsulu ilə birlikdə tutub polis bölməsinə aparıblar. Polis idarəsində dindirildikdən sonra həmin şəxslər barəsində cinayət işi açılaraq onlar məhkəmə orqanlarına təhvil verilib.

Hazırda Təbrizin möhtərəm prokurorunun göstərişi ilə Ramazan ayı müddətində orucluq qaydalarının pozulma hallarının qarşısını almaq üçün əyalət ədliyyəsində bu işlə məşğul olacaq özəl şöbə yaradılıb”.
Bu xəbər oxucular tərəfindən 1078 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed