25.06.2015 [10:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın dini lideri ayətullah Əli Xamneyi iyunun 23-də ölkənin yüksək rütbəli rəsmiləri ilə görüşdə çıxış edərək Qərblə aparılan nüvə müzakirələrindən və ölkəyə qoyulan sanksiyalardan danışıb.
Danışıqların nəticə verməsi üçün təyin edilən son tarixin başa çatmasına bir həftədən az vaxt qalmasına baxmayaraq, Xamneyi yekun razılaşmanın əldə olunması üçün yeni şərtlər qoyub, qırmızı xətlərə riayət olunmasını vacib sayıb: “Ölkəyə qoyulan sanksiyaların ləğvi İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə şərtləndirilməməlidir. Qərb bizə deməməlidir ki, siz əvvəlcə götürdüyünüz öhdəlikləri yerinə yetirin, beynəlxalq agentlik də bunu təsdiqləyəndən sonra, biz də sanksiyaları ləğv edək. Bizim üçün bu qəbuledilməzdir.
Hesab edirik ki, Qərbin ölkəyə qoyduğu sanksiyalar, o sıradan da ABŞ hökumətinin və Konqresin tətbiq etdiyi iqtisadi, maliyyə və bank sistemi ilə bağlı sanksiyalar yekun razılaşma imzalandıqdan dərhal sonra ləğv edilməli, digər embarqolar isə müxtəlif fasilələrdə ortadan qaldırılmalıdır. Biz, qarşı tərəfin öhdəliklərinin icrasının Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatına qədər təxirə salınması ilə müxalifik. Çünki agentlik dəfələrlə sübut edib ki, o müstəqil və adil deyil. Biz bu quruma bədbinik.
Müzakirələrdəki qırmızı xətlərə gəlincə isə hesab edirik ki, amerikalıların İranın nüvə fəaliyyətinə uzunmüddətli məhdudiyyətlər qoyulmasına israr etməsi qəbuledilməzdir. Biz ölkənin nüvə fəaliyyətinə 10-12 illik məhdudiyyət qoyulmasını qəbul etmirik. Bildirmişik ki, məhdudiyyətlərin müddəti daha az olmalıdır”.

Bu xəbər oxucular tərəfindən 773 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |