Şrift:
Novruz Məmmədov: "Avropa Şurasının mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur"
25.06.2015 [15:03] - Xəbərlər, Siyasət
Avropa İttifaqının bəzi strukturlarıyla birlikdə AŞPA da nümayiş etdirir ki, onlar üçün beynəlxalq hüquq heç bir əhəmiyyət kəsb etmir. Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Twitter” səhifəsində yazıb

N.Məmmədov bildirib ki, onlar üçün “biz necə istəyirik o da olmalıdır” prinsipi əsasdır: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu qurumların mövqeyi bunu açıq-aydın göstərir. İkili standartın digər nümunəsi də budur".

N.Məmmədovun sözlərinə görə, təəssüflər olsun ki, Avropada bu siyasətin hara apardığını və nə ilə nəticələnə biləcəyini hələ anlaya bilmirlər.

PA rəsmisi qeyd edib ki, Avropa Şurasının belə bir mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur.
Bu xəbər oxucular tərəfindən 704 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed