Şrift:
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşq prosesinə start verilib.
25.06.2015 [16:11] - Gündəm, Afişa, Mədəniyyət
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, şair-publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əjdər Olun “Biri vardı, biri yox” pyesi əsasında hazırlanacaq eyniadlı yeni tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Azərbaycan və Kalmıkiya respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov, rejissoru Gülnar Hacıyeva, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı musiqişünas Məryəm Əlibəyli, rəqslərin quruluşçusu Səbinə Məmmədovadır.

Yeni səhnə əsərində teatrın gənc və istedadlı aktyorları Müşfiq Əliyev, Mirzəağa Mirzəyev, Natiq Fərzəliyev, İradə Rəşidova, Zümrüd Quliyeva, Səbinə Məmmədova, Venera Abbasova, Anar Səfiyev, Vahid Orucoğlu, Elgün Yəhyayev, Ramil Məmmədov və Xəyal Salahov iştirak edəcəklər.

Tamaşanın 88-ci teatr mövsümündə - oktyabrın 1-ci yarısında təhvil verilməsi nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 1192 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed