26.06.2015 [11:22] - Gündəm, Türk dünyası-Turan
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Macarıstanın insan resursları naziri Zoltan Baloqu qəbul edib. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlıq məsələlərinin əhəmiyyəti vurğulanıb, mədəniyyət və turizm sahələri üzrə mövcud normativ-hüquqi baza və əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.
Son dövrlərdə Macarıstan və Azərbaycan arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdiyi və iki ölkə rəhbərliyinin səyləri nəticəsində xalqlar arasında əlaqələrin daha da dərinləşməsinə imkan verdiyi bildirilib.
Zoltan Baloq qeyd edib ki, Macarıstanın mədəniyyət məsələləri üzrə dövlət katibi Peter Hoppal III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyini bildirib və tədbirin onda yüksək təəssürat yaratdığını vurğulayıb.
Nazir qeyd edib ki, Azərbaycanın mədəni irsinə aid görməli yerlərini ziyarət etmək niyyətindədir.

Bu xəbər oxucular tərəfindən 775 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |