Şrift:
Atila Seyfi 6 ay həbs cəzasına məhkum edilib
26.06.2015 [10:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Atila Seyfi (Musa) 6 ay həbs cəzasına məhkum edilib.

Məlumata görə, Qoşaçay məhkəməsinin 102-ci şöbəsi azərbaycanlı fəalı sistemin əleyhinə təbliğdə günahlandırıb, lakin fəal sistemə qarşı olan qruplarda üzv olmaq ittihamından bəraət qazanıb.

Məhkəmə hökmündə qanunsuz kitabların kəşf olunması, qövmçü qruplara çağırış edən bildirilərin tapılması və müttəhimin etirafları onun məhkumluq səbəbi kimi göstərilib.

Xatırladaq ki, adını çəkdiyimiz fəal milli zəmində etdiyi mədəni fəaliyyətlərə görə dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 783 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed