Şrift:
Urmiyada 17 uşaq üzdüyü hovuzda zəhərlənib
26.06.2015 [11:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyunun 24-də İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiyada 17 azyaşlı uşaq üzdüyü hovuzda zəhərlənib.

İranın Qızıl Aypara Təşkilatının nicat əməliyyatı bölməsi rəhbərinin müavini Hüseyn Dərvişi hadisədən az sonra jurnalistlərə açıqlamasında deyib ki, uşaqlar Urmiyanın “7 Tir” idman komleksindəki hovuzda üzgüçülük kursu keçərkən xlor qazından zəhərlənib: “Axşam saat 17:05 radələrində hovuzda üzərkən zəhərlənən uşaqlardan 11-nə hadisə yerində tibbi yardım göstərilib, 6 nəfəri isə təcili tibbi maşınlarla xəstəxanaya köçürülüb. Onların səhhəti ilə bağlı durumu qənaətbəxşdir və müalicələr davam edir.

Hüseyn Dərvişi baş vermiş olayın detalları və xlor qazının hovuzda necə yayıldığı barədə hər hansı bir açıqlama verməyib.
Bu xəbər oxucular tərəfindən 781 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed