26.06.2015 [11:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) quruma üzv ölkələrin neft ixracatı barədə illik hesabat yayaraq İranın neft gəlirlərinin əvvəlki illərlə müqayisədə xeyli dərəcədə azalmasından xəbər verib.
OPEC-in rəsmi saytında yayılan 122 səhifəlik hesabatda bildirilir ki, 2014-cü ildə İranın neft satışından əldə etdiyi gəlir 54 milyard dollardan aşağı düşüb: “Halbuki 2011-ci ildə, yəni keçmiş prezident Mahmud Əhmədinejad hökumətinin axır vaxtlarında bu rəqəm 114 milyard dollar idi. İran ötən il ümumilikdə hər gün 1 milyon 109 min barel neft ixrac edib. Bu isə 53 milyard, 652 milyon dollar təşkil edir. Bu rəqəm 2013-cü ildə 62 milyard dollara yaxın olsa da, 2011-ci ildə Qərbin İrana qarşı sanksiyalar genişlənməzdən əvvəl təxminən 114 milyard dollar idi.
İranın valyuta gəlirlərinin böyük bir hissəsi hələ də neftdən asılıdır. İranın 2014-cü ildə illik ümumi ixracatının dəyəri 99 milyard dollara yaxın olub. Bu isə əvvəlki ilə nisbətən o qədər də dəyişməyib. Həmçinin İranın 2014-cü ildə idxalatının həcmi 55 milyard dollara bərabər olub. Bu isə əvvəlki illə müqayisədə 9 milyard, 2011-ci ilə nisbətən 23 milyard dollar azaldığını göstərir”.
Qeyd edək ki, Avropa Birliyi və Amerika 2012-ci ilin ortalarından başlayaraq İrana qarşı sanksiyaları gücləndirəndən bu yana İranın neft ixracatının həcmi getdikcə azalmağa başlayıb. Nəticədə onun neft gəlirlərinin həcmi minimuma endirilib.

Bu xəbər oxucular tərəfindən 747 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |