Şrift:
Urmu gölünün 1030 kvadrat kilometri bərpa olunası deyil
27.06.2015 [10:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycan valisi bildirib ki, Urmu gölünün Zərinərud toplama hövzəsində 1030 kvadrat kilometri bərpa olunası deyil. Bu barədə Qərbi Azərbaycan valisi Qoşaçayın yeni icra başçısının tanıtım tədbirində çıxışı zamanı danışıb.
Qurbanəli Səadət bildirib ki, “Urmu gölünün Zərinərud toplama hövzəsində 1030 kvadrat kilometri bərpa olunası deyil. Bu hissə mənfi yamac yarandığına görə bərpa olmaq qabliyyətini itirib. Ümid edirəm düzgün proqram və idarəçilik nəticəsində bu hissəni bir yabanı həyat parkına çevirək.”

Vali öz çıxışında vəd verməyi də unutmayıb. O bildirib ki, 11-ci hökumət əhalinin sıxıntılarını aradan qaldırmağı əsas öncəlik kimi götürüb və bu istiqamətdə hərəkət edir.
Bu xəbər oxucular tərəfindən 645 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed