Şrift:
Təbrizdə idman salonları bağlanacaq
27.06.2015 [10:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son günlərdə Təbrizdə 10 idman salonu bağlanılıb. Bu barədə Təbriz şəhərinin idman və gənclər idarəsinin rəisi məlumat verib.
Həbib Setudenejad bildirib ki, idman məkanlarına nəzarət komitəsinin qərarı əsasında polis məmurları 10 idman zalını bağlayıb.

O vurğulayıb ki, biz bu prosesi bütün gücümüzlə davam etdirəcəyik və hazırda qanunsuz fəaliyyət göstərən idman salonlarının möhürlənməsi gündəmdədir.

H.Setudenejad öz sözlərini belə əsaslandırıb: “İdman salonlarına davamlı nəzarət etmək və bu məkanlara ardıcıl baxış keçirmək daha çox insanı idmana cəlb edir və bu məsələ cəmiyyətin sağlamlığına xidmət edir.”
Bu xəbər oxucular tərəfindən 836 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed