27.06.2015 [12:48] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı son günlər böyük Azərbaycan şairi Hüseyn Cavidlə bağlı dartışmalara münasibət bildirib: “Hüseyn Cavidin dili müəyyən mənada Türkiyə türkcəsində olsa belə, bu, problem deyil, onun xəlqiliyinin, türksevərliyinin - insansevərliyinin sübutudur. Cavidə ironiyaçılıq - özümlüyündən ayrılmağın sübutudur.
İnam Ata (Asif Ata) Hüseyn Cavidin yaradıcılığı haqqında məşhur «Yerdəkilərin Göy Həsrəti» adlı fəlsəfi-tənqidi əsərini yazıb. Cavid mövzusunda bir neçə yazı yazmışam. “Asif Atanın fəlsəfi-bədii tənqidi” əsərimin bir fəsli Atanın Cavidlə bağlı fikirlərinin şərhidir. Cavid nəinki Azərbaycanın, bəşər mədəniyyətinin nadir simalarındandır. O, bənzərsiz göy adamıdır. Onun əsərlərində Göyə yüksəlmək, insaniliyə yetmək çağırışı səslənir – inamlı, inadlı, ilahi…
Hüseyn Cavid yaşadığı çağa, mühitə sığmırdı. Onunla toplum arasında yerlə göy fərqi vardı. O, yerdəkilərin qurtuluşu üçün çalışan göy adamı idi. Onun əsərləri, qəhrəmanları bunu göstərir.
Əslində Şeyx Sənan ucalığını Hüseyn Cavid özü gerçəkcəsinə yaşadı, bununla da əbədiliyini göstərdi. Cavid «Şeyx Sənan»da özlərindən ayrı düşənlərin faciəsini dahiyanə şəkildə açıb göstərir. Cavidin Xəyyamı insanları göy idrakına qovuşmağa çağırır. Xəyyam mənəviyyatı zamana qarşıdır. O, zamandan, şəraitdən, mühitdən yüksək həqiqət istəyir. Cavidi oxuduqca bir daha anlayırsan ki, göy işığı gərəkdir yerdəkilərə. Onlara qaranlıqları yaran, idrakın göy səviyyəsi gərəkdir. Şairin qəhrəmanları Yer mənəviyyatından əl çəkirlər, Göy mənəviyyatına yüksəlirlər.
Cavidin “İblis”indəki insanilik harayı göysüzlərin inamsızlığına qarşıdır. Cavidin qəhrəmanları ləyaqətsizliyə, azğınlığa, zalımlığa, harınlığa, öz iradi imkanlarına inanmayanlara qarşı vuruşurlar”.

Bu xəbər oxucular tərəfindən 1248 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |