28.06.2015 [01:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol takımının keçmiş dövrlərdəki baş məşqçisi Təbrizə qayıdır.
Azərbaycanlıların sevimli baş məşqçisi, Portuqaliya vətəndaşı Tuni Olivera “Traxtur” klubu məsulları ilə danışıqdan sonra 6-cı gün (şənbə günü) Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Tehrana və sonra Təbrizə geləcək.
Məlumata görə, T.Olivera Təbrizə gəldikdən sonra komanda məşqlərə başlayacaq və baş məşqçinin nəzərdə tutduğu oyunçularla müzakirələrə start veriləcək.
Xatırladaq ki, T.Olivera azərbaycanlılar tərəfindən çox sevilən bir baş məşqçisidir. “Traxtur” komandası onunla birlikdə super liqa çempionluğunun bir addımlığına gedib, lakin bu çempionluq “Traxtur”dan bir ssenari əsasında alınıb. Həmçinin “Traxtur” takımı T.Oliveranın baş məşqçiliyi ilə bir dəfə İran kubokunun çempionu olub.

Bu xəbər oxucular tərəfindən 805 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |