28.06.2015 [11:41] - Gündəm, Siyasət
olympic.ru saytının verdiyi məlumata görə, o, Rusiyanın 4 şəhərində bu oyunları təşkil etməyin mümkün olduğunu deyib: “Moskva, Sankt-Peterburq, Soçi və Kazan bu oyunları qəbul etməyə tam hazırdır. İdman infrastrukturu və obyektlər tikilib, qonaq və iştirakçılar üçün bütün şərait mövcuddur. Ona görə də, gələcəkdə Avropa Oyunlarını Rusiyada keçirilməsi imkanları barədə düşünürük”.
A.Jukov ilk Avropa Oyunlarının uğurlu alındığını, yarışların maraqlı mübarizə şəraitində keçdiyini və yüksək səviyyədə təşkilatçılığı qeyd edib. “Qitənin ən güclü atletlərinin mübarizə apardığı oyunlarda Rusiya komandasının birinci olması isə möhtəşəm nəticədir”.
Rusiya Olimpiya Komitəsinin rəhbəri Bakının ilk Avropa Oyunlarına ən yüksək səviyyədə ev sahiblik etdiyini bildirib: “Rusiya Olimpiya Komitəsi adından azərbaycanlı həmkarlarımızı ilk Avropa Oyunlarını uğurla keçirilməsi münasibətilə təbrik edirəm. Bütün yarışlar ən yüksək səviyyədə təşkil edildi. Misal üçün, Bakıdakı arenaları London Olimpiadasının idman qurğuları ilə müqayisə edərdim. Çox gözəl idman obyektləri inşa olunub, arenalarda ab-hava möhtəşəm idi və könüllülər çox yaxşı çalışırdılar. Arenalarda tribunalar tam dolu idi və tamaşaçılar fəal şəkildə dəstək nümayiş etdirirdilər”.
Aleksandr Jukov Avropa oyunlarının proqramında qeyri-olimpiya idman növlərinin yer almasını düzgün qərar adlandırıb. “ Əlbəttə ki, Avropa Oyunlarının proqramına qeyri- olimpiya idman növlərinin də daxil edilməsi düzgün qərardır. Azarkeşlər bu idman növləri ilə daha yaxından tanış olmaq, müsbət məqamları qiymətləndirmək və yeni yarışları izləmək imkanı qazanırlar. Misal üçün, Rusiya sambo idman növünü Olimpiya Oyunlarının proqramına daxil edilməsinə çalışır. Bu səbəbdən, sambonun Asiya və Avropa Oyunları kimi vacib yarışların tərkib hissəsi olmasını yüksək qiymətləndirirəm. Fikrimcə, yarışlar çox maraqlı keçdi və xoş təəssüratlar yaratdı”.

Bu xəbər oxucular tərəfindən 770 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |