Şrift:
Ermənistan polisi etiraz aksiyası iştirakçılarını hədələdi
28.06.2015 [17:42] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistan polisi Yerevanda Marşal Baqramyan prospektində elektrik enerjisi tariflərinin bahalaşmasına qarşı keçirilən etiraz aksiyası iştirakçılarına xəbərdarlıq edib. Bu barədə RIA NOVOSTİ xəbər verir.

Polis rəsmiləri bildiriblər ki, bu addım ictimai sabitliyin bərpa olunması zərurəti ilə atılır.

Yerevanın polis rəisinin müavini, polkovnik Valeriy Osipyan deyib ki, aksiyaçıların hərəkətləri qanunsuzdur: "Biz təkrar izah edəcəyik ki, onlar təcili aksiyanı dayandırsınlar. Mən inanıram ki, xalq bizim izahatımızı başa düşəcək. Əks halda, biz ictimai asayişi bərpa edəcəyik".
Bu xəbər oxucular tərəfindən 998 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed