29.06.2015 [09:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz Şəhər Şurasının Araşdırma və Nəzarət Komisyonunun rəisi Təbrizin qərb məntəqələrinin ətraf-mühit baxımından ağır vəziyyətdə olduğunu bildirib.
Doktor Fridun Babayi Əqdəm Ətraf-Mühit Mühafizə İdarəsini tənqidlərə açıq olmadığı xatırladaraq deyib ki, “Ətraf-Mühit Mühafizə İdarəsinin şəhər daxilindəki işləri yaxşı deyil. Kanalizasiya və tekniki müəssisələrin tullantıları xüsusi ilə də Çərmşəhrin tullantıları Acı Çaya tökülür. Ətrafda yaşayan əhali də bu vəziyyətdən narazıdır.”
Doktor Babayi Əqdəm vurğulayıb ki, “ətraf-mühit problemləri Təbrizin qərb məntəqəsi ilə məhdudlaşmır. Orta kəmərbəndi məntəqəsində kanalizasiyanın olmaması üfunət iyisinə səbəb olub və əhali bu səbəbdən hətta bir dəqiqəlik belə pəncərəni aça bilmir.”
Şura üzvü sözlərinin sonunda vurğulayıb ki, “qanuna əsasən ətraf-mühit işlərinə birinci olaraq Ətraf-Mühit Mühafizə idarəsi baxmalıdır. Lakin bununla yanaşı Bələdiyyə, Su və Kanalizasiya İdarəsi, və s. kimi idarələr də bu işdə məsuliyyət daşıyır. Lakin məsələnin bir tərəfi də idarələrə yetəri qədər vəsaitin ayrılmamasıdır”.

Bu xəbər oxucular tərəfindən 825 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |