Şrift:
Şərqi Azərbaycanda 5 evlilikdən biri boşanma ilə nəticələnir
29.06.2015 [13:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda ağır iqtisadi vəziyyət, işsizlik, anormal qadağalar və s. kimi amillər ictimai problemlərə səbəb olur.
Şərqi Azərbaycan Prokurorluğunun baş müdiri bildirib ki, vilayətdə hər 5 evlilikdən biri boşanma ilə nəticələnir. Boşanmaların çoxu isə tərəflərin razılığı əsasında baş verir.”

HikmətƏli Müzəffəri Təbriz cümə namazı xütbələrindən öncə boşanma məsələsinə işarə edərək deyib ki, “əksər boşanma halları evliliyin birinci 3 ilində baş verir və bu evlənmə tərzinin qərb evliliklərinə oxşadığına dəlalət edir.”

H.Müzəffəri Şərqi Azərbaycan Vilayətində boşanmaların əsas səbəbinə də toxunub. O bildirib ki, ailə işlərinə müdaxilə, ailə həyatına gərəkən rəftarlarda məharətsizlik, narkomaniya, işsizlik, əxlaqsızlıq və xüsusi ilə peyk antenaları boşanmaya səbəb olan əsas amillərdir. Axund Müzəffəri peyk antenalarından xüsusi narahatlığını dilə gətirib: O bildirib ki, “artıq peyk antenaları evlərə daxil olub və biz bu acı həqiqətin nəticələrinə məhkəmələrdə şahidik.
Bu xəbər oxucular tərəfindən 705 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed