Şrift:
Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir.
21.01.2012 [11:34] - Gündəm
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 20-də saat 16.30-dan 16.50-dək Ermənistanın İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, yanvarın 21-də saat 05.00-dan 05.15-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
Bu xəbər oxucular tərəfindən 1360 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed