Şrift:
Türkiyə səfiri: Azərbaycan I Avropa Oyunları vasitəsilə dünyaya sülh və qardaşlıq mesajı göndərdi
29.06.2015 [00:03] - Gündəm, Türk dünyası-Turan
“Azərbaycan I Avropa Oyunları vasitəsilə dünyaya sülh və qardaşlıq mesajı göndərdi”. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun ilk Avropa Oyunlarının bağlanış mərasimini şərh edərkən deyib.

Diplomat bildirib ki, I Avropa Oyunlarını keçirməklə Azərbaycan bütün dünyaya ölkənin idmana necə böyük əhəmiyyət verdiyini göstərdi: “Hamının bu tədbirlə bağlı gözəl təəssüratları qaldı. Azərbaycan bu idman hadisəsinin keçirilməsi üçün yüksək planka təyin etdi”.

İ.A.Coşqun həmçinin qeyd edib ki, Oyunlarda iştirak etmək üçün gələn qonaqlar Azərbaycan xalqının qonaqpərvərliyini hiss etdilər və zəngin mədəniyyəti ilə tanış oldular.

Türkiyə səfiri Azərbaycanı I Avropa Oyunlarının uğurla keçirilməsi münasibətilə təbrik edib.
Bu xəbər oxucular tərəfindən 755 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed