Şrift:
Benyamin Netanyahu: -İranla nüvə razılaşmasının perspektivi gündən-günə pisləşir
29.06.2015 [13:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İsrailin baş naziri Benyamin Netanyahu iyunun 28-də hökumət iclasında çıxış edərək İranla nüvə danışıqları aparan 5-1 qrupuna üzv ölkələri Tehran qarşısında öz prinsiplərindən geri çəkilməkdə və ona imtiyaz verməkdə günahlandırıb.
Netanyahunun bu bəyanatı, müzakirə tərəfləri arasında yekun razılaşmanın əldə olunması üçün təyin edilmiş vaxtdan iki gün əvvələ təsadüf edib.

Netanyahu deyib ki, pis bir razılaşmanın altına imza atmağa tələsməyin heç bir xeyri yoxdur: “Hazırda biz Qərb ölkələrinin İranla razılığa gəlmək üçün özlərinin bundan əvvəl təyin etdiyi qırmızı xətlərdən geri çəkilməsinin şahidiyik. Təəssüflər olsun ki, İranla nüvə razılaşmasının perspektivi gündən-günə pisləşir”.

Qeyd edək ki, Qərblə İran arasında aparılan danışıqların son vaxtına iki gün qalsa da, tərəflər arasında hələ də bir sıra məsələlərdə ciddi ixtilaflar var. Müzakirələr üçün təyin edilmiş son vaxt iyunun 30-da başa çatır.
Bu xəbər oxucular tərəfindən 754 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed