Şrift:
Lətif Həsəni zindana qayıdıb
30.06.2015 [12:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Lətif Həsəni qısamüddətli məzuniyyətdən sonra zindana qayıdıb.
İyunun 22-də (tirin 1-də) məzuniyyətə çıxan azərbaycanlı milli-mədəni fəal iyunun 26-da (tirin 5-də) Kərəcin Rəcayişəhr zindanına qayıdıb.

L.Həsəni 30 aydan sonra qısamüddətli məzuniyyətə çıxmışdır.

Bildirək ki, adını çəkdiyimiz fəal, Mahmud Fəzli, Yürüş (Ayət) Mehrəlibəyli, Şəhram Radmehr və Behbud Quluzadə ilə birlikdə qanunsuz təşkilat yaratmaqda və sistemin əleyhinə təbliğ etməkdə günahlandırılaraq 9 il həbsə məhkum edilib.

O həbs müddətində məhbus hüqlarının təmin edilmədiyinə etiraz edib və iki dəfə uzun müddətli aclıq aksiyası keçirib. O son aclıq aksiyasını 52 gün davam etdirib və bu səbəbdən ürək xəstəliyi şiddətləyib.
Bu xəbər oxucular tərəfindən 944 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed