30.06.2015 [13:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) “Qüds” qanadının Suriyadakı döyüşlərdə yaralanan təbrizli üzvü Hamid Cəvani ölüb.
Suriya prezidenti Bəşər Əsəd rejimini qorumaq üçün bu ölkəyə göndərilmiş 25 yaşlı Hamid Cəvani ay yarım əvvəl Suriya hökumətinə müxalif qüvvələrlə qarşıdurmada ciddi xəsarət alandan sonra komaya düşmüşdü. Müalicə alması üçün ölkəyə gətirilən həmin şəxs, 40 gün komada qalandan sonra bir neçə gün əvvəl Tehranın “Bəqiyyətullah” xəstəxanasında keçinib.
Qeyd edək ki, son iki ildə Suriya hökumətinə dəstək vermək üçün bu ölkəyə göndərilən “Sepah”ın “Qüds” qanadının ən azı 7 azərbaycanlı üzvü Suriyadakı döyüşlərdə həlak olub.
Xatırladaq ki, İran saytlarının yaydığı məlumata görə son aylarda İrandan Suriyaya göndərilmiş “Sepah” qüvvələrindən, eləcə də İranda mühacir kimi yaşayan muzdlu əfqanlardan ibarət 400-dən çoxunun meyiti ölkəyə gətirilərək müxtəlif şəhərlərdə basdırılıb.

Bu xəbər oxucular tərəfindən 966 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |