Şrift:
S.Cəlaloğlu ADP-nin təmsil olunduğu “Qarabağ” blokuna hansısa partiyanın qoşulacağını düşünmür.
30.06.2015 [13:32] - Gündəm, Siyasət
“Parlament seçkidə iştirak məsələsi həll olunan günə qədər müxalifət düşərgəsində bloklaşma ilə bağlı müxtəlif variantlar meydana çıxa bilər, rəsmi qeydiyyat mərhələsinə qədər fərqli-fərqli bloklar yarana bilər”. Bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

S.Cəlaloğlu ADP-nin təmsil olunduğu “Qarabağ” blokuna hansısa partiyanın qoşulacağını düşünmür.

Onun fikrincə, hər kəs öz mövqeyini, istiqamətini müəyyənləşdirib: “Azərbaycanda iqtidara münasibətinə görə, müxalifət düşərgəsində müəyyən bir cəbhələşmə var. Görsənən budur ki, Müsavat Partiyası Xalq Cəbhəsi Partiyasına meyl etmək istəyir, onun kursuna uyğun bir kurs aparmaq istəyir, ən azı onun kimi radikal görsənmək və yaxud da süni şəkilə ondan da radikal görsənmək istəyir. Bu qüvvələr təbii ki, seçkilərdə bizimlə bir yerdə iştirak etmək istəməzlər. İkinci bir tərəfdən, iqtidara bizimlə təxminən eyni münasibətdə olan, amma bu münasibətdə bizimkindən başqa bir fəlsəfəyə əsaslanan “Azadlıq” seçki bloku formalaşıb. Onlarla da bizim bir arada olmağımız mümkün deyil, çünki biz fərqli düşüncələrə malikik. Qalan müxalif qüvvə qalmayıb ki, bunlarla hansısa əməkdaşlıq edəcəyik”.
Bu xəbər oxucular tərəfindən 744 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed