Şrift:
Urmu gölü ətrafında müxtəlif xəstəliklərə rast gəlinir
01.07.2015 [11:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmu gölü ətrafında yaşayan insanlarda qan təzyiqi xəstəliyinin artdığı bildirilir. Buna səbəb göldən qalxan duzun havaya yayılması və insanların həmin hava ilə tənəffüs etməsidir. Bu barədə Urmu gölünü canlandırma mərkəzinin ictimai komitəsinin məsulu danışıb.
Armin Nurbəxş bildirib ki, “Urmu gölünün quruması və onun ətraf-mühitə olan təsiri göz qıcıqlanması, ağciyər xərçəngi (sərətan), tənəffüs, dəri və qan təzyiqi kimi xəstəliklərə yol açır.”

A.Nurbəxş vurğulayıb ki, “sadaladığım problemlərdən başqa Urmu gölünün quruması duz fırtınaları, səhralaşma və qum təpəciklərinin ortalığa çıxmasına səbəb olur və bu məsələ 7 milyon insanın mühacirəti ilə nəticələnə bilər.”
Bu xəbər oxucular tərəfindən 923 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed