01.07.2015 [15:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın xaricdə fəaliyyət göstərən milli fəalları Simin Səbri və Saleh Kamranı Londondan yayılan BBC Persian kanalında Güney Azərbaycanın hazırkı durumu, 35 milyon soydaşımızın pozulan haqları haqda öz mövqelərini açıqlayıblar. Ümid Partiyasının sədr müavini, BAO MŞ-nın üzvü Rüfət Muradlının verdiyi məlumata görə “tanınmış milli fəallar Simin Səbri və Saleh Kamrani dəlil və faktlarla İranda yaşayan soydaşlarımızın durumunu coxmilyonlu izləyicisi olan BBC kanalında ortaya qoymağı bacardılar. Uzun illərdir İranda hakim olan paniranist düşüncənin bu gün də davam etməsinə işarə edən Güneyli fəallar proqram ərzində millətimizin assimilə olunması səbəbləri, iqtisadi-siyasi diskriminasiyaya məruz qalması , Azərbaycanın təbii sərvətlərinin talan edilməsi məsələsinə, eyni zamanda milli kimlik uğrundakı mübarizəsinə aydınlıq gətirdilər. Adətən panfarsist mövqeyinə görə seçilən BBC kanalında ilk dəfə olaraq Güney Azərbaycanın siyasi gələcəyi haqda da düşüncələr səsləndi. Belə ki, Simin xanım soydaşlarımızın siyasi gələcəyi üçün federal İran modelini, Saleh Kamrani isə yalnız Güney Azərbaycanın istiqlal qazanmasını həll yolu kimi irəli sürdülər”.
Bu xəbər oxucular tərəfindən 788 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |