01.07.2015 [15:32] - Gündəm, Sosial
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin müşavirəsi keçirilib. Toplantıda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun 2015-ci ilin ikinci rübü ərzindəki fəaliyyətini təhlil edərək cənab prezident İlham Əliyevin göstərdiyi inam və etimadı doğrultmaq üçün bütün potensiallarını səfərbər etdiklərini bildirib. Azay Quliyev I Avropa Oyunlarının keçirilməsində Şuranın da yaxından iştirak etdiyini və bu istiqamətdə 30-dək QHT-nin layihəsinin dəstəkləndiyini deyib. Şuranın dəstəyi ilə beynəlxalq media qurumlarında I Avropa Oyunlarının təbliğinə həsr olunan çoxsaylı materiallar yayımlanıb. Eyni zamanda Şura “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda Ermənistanın Azərbaycana hərbi təcavüzü haqqında elektron məlumat lövhəsi və monitor yerləşdirib. Şuranın Qarabağ haqqında hazırladığı yüzlərlə broşur I Avropa Oyunlarının keçirildiyi dövrdə xarici ölkə vətəndaşlarına paylanıb. Azərbaycanın mühüm beynəlxalq idman tədbirinə müvəfəqqiyyətlə ev sahibliyi etməsinin çoxsaylı xarici ekspertlər tərəfindən də etiraf olunduğunu deyən Şura sədri müstəqilliyini yenicə qazanmış ölkə üçün böyük uğur olduğunu qeyd edib
: “Azərbaycan bir daha bütün maneələrə, qarayaxma kampaniyalarına baxmayaraq beynəlxalq aləmə böyük miqyaslı layihələri qüsursuz şəkildə icra etməyə qadir olduğunu göstərdi. Cənab prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın böyük əməyinin nəticəsində baş tutan I Avropa Oyunları olimpiya hərəkatına və idman leksikonuna “Azərbaycan standartı” anlayışını gətirmiş oldu. Dövlətimizin beynəlxalq nüfuzunu yüksəltdiyinə görə cənab prezidentə və Mehriban xanım Əliyevaya Şuranın və QHT sektorunun adından dərin minnətdarlığımı bildirirəm”.
2015-ci ilin ikinci rübündə cari ilin I maliyyə müsabiqəsinin nəticələrinin elan edildiyini deyən Şura sədri layihələrin icrasının effektivlik dərəcəsinin ölçülməsi və onun analizinin yeni meyarlarla aparılmasıyla bağlı Katiblik əməkdaşlarına tapşırıqlarını verib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qurumun bütün strukturlarının 2015-ci ilin ikinci rübü ərzində uğurla fəaliyyət göstərdiyini qeyd edib.”Vətəndaş cəmiyyəti” jurnalı və qhtxeber.az saytı QHT-lərə informasiya dəstəyini mütamadi olaraq davam etdirib. F. Qurbanov eyni zamanda 2015-ci ilin birinci maliyyə müsabiqəsi çərçivəsində QHT-lərin müqavilə öhdəliklərini tamlıqla yerinə yetirmələri üçün zəruri işlərin görüldüyünü deyib.
Müşavirədə beynəlxalq şöbənin, mətbuat xidmətinin, mühasibatlıq və maliyyə şöbəsinin rəhbərlərinin və layihə kordinatorlarının məruzələri dinlənilib. Toplantıda Şuranın yeni hüquqşünası Rauf Məcidbəyli Katibliyin kollektivinə təqdim edilib.
Toplantıda Şuranın maliyyə dəstəyi ilə hazırlanan filmlərin qiymətləndirilməsi üçün “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Gəray Əlibəyli (sədr), Şura Katibliyinin əməkdaşları Elməddin Behbud, Sənan Nəcəfov və Səfər Alışarlıdan ibarət komissiyanın yaradılması haqqında qərar qəbul edilib.
Müşavirənin yekununda Şura sədri Azay Quliyev dövlətin yardımı ilə həyata keçirilən QHT layihələrinin icrasının səmərəliliyinin, ictimaiyyətlə əlaqələrin artırılması və hesabatlılıq məsələləri ilə bağlı Katiblik əməkdaşlarına tapşırıq və tövsiyyələrini verib.
Mətbuat xidməti

Bu xəbər oxucular tərəfindən 828 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |