02.07.2015 [09:55] - Gündəm, Türk dünyası-Turan
Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri İsmayıl Alper Coşqun Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanı, Caspian Energy jurnalının böyük meneceri Emil Məmmədovu və Caspian Energy News-un müxbiri Səbinə Məmmədovanı qəbul edib.
Görüş zamanı Caspian European Club və Caspian Energy İnternational Media Group çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin Türkiyə iqtisadiyyatının inkişafına həsr olunmuş xüsusi nömrənin buraxılışı müzakirə olunub.
Səfir A.Coşqun Caspian European Club və Caspian Energy İnternational Media Group-un fəaliyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, Caspian Energy jurnalının iqtisadiyyat və energetika bölmələri Türkiyədə xüsusi maraqla qarşılanır. Səfir www.caspianenergy.net saytında və dünyanın 50 ölkəsində yayılan Caspian Energy jurnalında nəşr olunan məqalə və materialları izlədiyini bildirib.
O, Caspian Energy jurnalının səhifələrində Türkiyə iqtisadiyyatı ilə bağlı məqalə və müsahibələrin dərcində maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşün sonunda Türkiyənin Azərbaycandakı səfiri A.Coşqun Caspian Energy jurnalına eksklüziv müsahibə verib.
Caspian Energy-yə müsahibəsində Azərbaycanla Türkiyə arasındakı əməkdaşlığın perspektivlərindən danışan səfir A.Coşqun vurğulayıb ki, “bizim ölkələrimiz arasında uzunmüddətli əməkdaşlıq yaradılıb və Azərbaycan Türkiyənin ən mühüm və etibarlı tərəfdaşıdır”.
“Xüsusi əhəmiyyətə malik olan Azərbaycan-Türkiyə əlaqələri sadəcə iki ölkə arasındakı rəsmi və ənənəvi münasibətlərə əsaslanmır. Biz Azərbaycana təkcə enerji mənbəyi və ya ixracat həyata keçirdiyimiz bazar kimi baxmırıq. Azərbaycan bizim üçün mühüm tərəfdaş və qardaş ölkədir. Ümumi keçmişimiz olduğu kimi, biz ümumi gələcəyə də böyük ümidlər bəsləyirik”, - deyə səfir vurğulayıb.
Bundan əlavə, enerji əməkdaşlığı məsələsinə də toxunan A.Coşqun “Cənub Qaz Dəhlizi” çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətini xüsusilə vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 671 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |