02.07.2015 [10:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ prezidenti Barak Obama iyunun 30-da jurnalistlərə açıqlamasında 5+1 qrupu ilə İran arasında Vyanada aparılan müzakirələr prosesinə münasibət bildirib.
Obamanın yeni bəyanatı müzakirə tərəflərinin yekun razılaşmanın mümkünlüyünə yeni fürsət vermək məqsədilə danışıqlara əlavə 7 gün vaxt təyin etdiklərindən az sonraya təsadüf edib.
Obama deyib ki, Qərb İranın nüvə silahına yiyələnməsinə imkan verməyəcək: “Əgər Amerika və digər Qərb ölkələri danışıqların sonunda İranın nüvə silahına yiyələnməsi yollarının bağlanmasına əmin ola bilməsələr və əgər İranın nüvə və hərbi təsisatlarına baxış keçirilməsinə lazımi şərait yaradılmasa heç bir razılaşmadan söhbət gedə bilməyəcək.
Bizim hədəfimiz odur ki, İran nüvə silahına yiyələnə bilməsin. Mümkün razılaşmanın çərçivəsi bizim bu hədəfimizi təmin edir. Lakin əgər İran həmin çərçivədə təyin edilmiş şərtlərə və üzərinə götürdüyü öhdəliklərə əməl etməsə problemlər ortaya çıxacaq. Mən həmişə demişəm ki, pis bir razılaşmanı qəbul etməyəcəyəm. İndi də dünya birliyinin tələblərini yerinə yetirib-yetirməmək məsələsi İranın mövqeyindən və onun verəcəyi qərarından asılıdır”.

Bu xəbər oxucular tərəfindən 682 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |