Şrift:
Ruhani: -Razılaşmanı pozsalar qayıdıb əvvəlki yolumuzu daha sürətli tərzdə davam etdirəcəyik
02.07.2015 [12:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran prezidenti Həsən Ruhani iyunun 30-da media nümayəndələri ilə görüşərək ölkənin Qərblə Vyanada apardığı müzakirələrdən və mümkün yekun nüvə razılaşmasından danışıb.
Danışıqlarda nüvə problemi ilə bağlı bir çox məsələlərin öz həllini tapdığını bildirən Ruhani, Qərbin razılaşmaya riayət etməyəcəyi təqdirdə Tehranın atacağı addım barədə xəbərdarlıq edib: “Problemin əsas hissəsi artıq həll edilib. Lakin hələ də həll olunmayan bir sıra mühüm məsələlər də var. Bunların da qarşıdan gələn günlərdə çözüləcəyini düşünürük.

Hesab edirik ki, razılaşma əldə olunsa , hər iki tərəf onun icrasına sadiq qalmalı, üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Əgər Qərb üzərinə düşən öhdəliklərə sadiq qalsa, biz də razılaşmaya əsasən üzərimizə götürdüklərimizə əməl edəcəyik. Lakin əgər qarşı tərəf bir gün razılaşmanı pozsa, biz də dərhal qayıdıb nüvə fəaliyyətimizlə bağlı əvvəlki yolumuzu hətta onların təsəvvürünə gəlməyən sürətli bir tərzdə davam etdirəcəyik”.

Qeyd edək ki, Qərblə İran arasında Vyanada aparılan nüvə danışıqlarının vaxtı iyunun 30-da başa çatsa da, konkret bir nəticə əldə edilməyib. Elə buna görə də tərəflər yekun razılaşmanın əldə edilməsi üçün müzakirələri daha bir həftə, yəni iyulun 7-ə qədər davam etdirmək barədə birgə qərar veriblər.
Bu xəbər oxucular tərəfindən 768 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed