Şrift:
Hesaməddin Fərzizadənin edam hökmü ilə bağlı yayılan xəbər təkzib edildi
02.07.2015 [14:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Meşginşəhrli yazıçı Hesaməddin Fərzizadənin edam hökmü ilə bağlı yayılan xəbər təkzib edilib.
Bundan öncə “İslamdan islama” kitabının yazıçısı Hesaməddin Fərzizadənin Meşginşəhr məhkəməsinin 101-ci şöbəsi tərəfindən 7 il həbs, 74 zərbə şallaq və edam cəzasına məhkum edildiyi barədə bir neçə xəbər agentliyində məlumat yayılmışdır. Məlumatda deyilirdi ki, yazıçı islam müqəddəsatını təhqir etmək, yanlış əqidələrin təbliği və mürtəddlikdə ittiham olunub. Lakin sözgedən xəbər artıq təkzib edilir.

İran xristianlarının səsi saytının yaydığı məlumata görə, belə bir xəbərin əsası yoxdur. Saytın dərc eydiyi məlumatda bildirilir ki, H.Fərzizadə ilə əlaqə saxlanılıb və məlum olub ki, edam hökmü ilə bağlı yayılan xəbər doğru deyil. Məlumata görə, yazıçı bir müddət nəzarətdə saxlanılıb, lakin ona edam hökmü çıxarılmayıb. Tibbi ekspertiza müttəhimin psixoloji problemi olduğuna dair arayış verib və bundan sonra o sərbəst buraxılıb.
Bu xəbər oxucular tərəfindən 730 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed