02.07.2015 [14:42] - Gündəm, İqtisadiyyat
Sabah Azərbaycan Beynəlxalq Bankının (ABB) Müşahidə Şurasının iclası keçiriləcək. Bunu maliyyə nazirinin müavini ABB-nin Müşahidə Şurasının sədri Azər Bayramov Bakıda keçirilən VI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AİİF-2015) çərçivəsində jurnalistlərə deyib.
O, iclasda müzakirə ediləcək məsələlərlə bağlı məlumat verməyib.
İstisna edilmir ki, Müşahidə Şurasında bankın səhmdarlarının ümumi yığıncağının keçirilmə tarixi müəyyənləşəcək və səhmdarların təsdiqinə çıxarılacaq məsələlər müzakirə ediləcək. Məlum olduğu kimi iyulun 6-da ABB-nin İdarə heyətinin üzvlərinin səlahiyyət müddəti başa çatır və səhmdarların yığıncağında bankın İdarə heyətinin yeni sədri seçiləcək.
Hazırda bankın İdarə heyətinin sədrinin səlahiyyətlərini Emil Mustafayev icra edir.

Bu xəbər oxucular tərəfindən 904 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |