Şrift:
Rəsmi açıqlama: Azərbaycanda Avropa Oyunları zamanı heç bir fövqəladə hal və kriminal hadisə baş verməyib
03.07.2015 [10:12] - Gündəm, Bildiriş
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsindəki (BAOƏK) daimi nümayəndəsi, koordinator, FHN-in Əməliyyatların İdarə edilməsi və Planlaşdırma İdarəsinin rəisi, polkovnik Cavanşir Haşımov bildirib ki, iyunun 12-dən 28-dək Azərbaycanda keçirilən ilk Avropa Oyunları zamanı, ümumiyyətlə, idman obyektlərində, xarici qonaqların yerləşdiyi mehmanxanalarda, Atletlər kəndində, Media kəndində hər hansı fövqəladə hadisə baş verməyib: “Bununla bağlı FHN-ə hər hansı müraciət daxil olmayıb. Müvafiq olaraq nazirliyin canlı qüvvəsi və texnikası hər hansı fövqəladə hadisəyə cəlb edilməyib. Mühafizə işi Əməliyyat Planına əsasən, yüksək səviyyədə təşkil olunub. Bütün bu məsələlər BAOƏK-dəki qərargah tərəfindən idarə olunub”.

Qeyd edək ki, daxili işlər nazirinin müvaini, general-leytenant Oruc Zalov bildirib ki, ilk Avropa Oyunları zamanı Bakıda və Mingəçevirdə istər idman arenalarında, istərsə də Azərbaycana gələn xarici qonaqlara qarşı hər hansı neqativ hal, kriminal hadisə baş verməyib: “Bununla bağlı yerli və əcnəbi qonaqlar tərəfindən müraciət qeydə alınmayıb”.
Bu xəbər oxucular tərəfindən 813 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed