03.07.2015 [10:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda qeyri-standard yollar can almaqda davam edir.
Qəzvin vilayətində baş verən ağır yol qəzalarında 3 nəfər ölüb, 5-i yaralanıb. Bu barədə Qəzvin Yol Polisinin rəisi məlumat verib:
“Qəzvinin Əsədabadi bulvarında baş verən yol qəzasında bir Peykan markalı maşın Pejo 405 markalı maşınla toqquşub. Hadisə nəticəsində Peykanın bir sərnişini hadisə yerində keçinib, hər iki maşının sürücüsü isə yaralanıb. Sürücülər, Peykanın yaralanan daha bir sərnişini ilə birlikdə xəstəxanaya çatdırılıb.”
GAMAC-ın rəsmi saytı İran mətbuatına istinadən yaydığı məlumatda bildirir ki, Bəhram Zeynali daha bir qanlı yol qəzasından xəbər verib: “Qəzvin vilayətinin Dəstcerd kənd yolunda Nissan markalı maşın sürücünün ehtiyatsızlığı nəticəsində yoldan çıxıb və dərəyə düşüb. Ölümlə nəticələnən yol qəzasında bir sərnişin hadisə yerində ölüb, yaralanan sürücü isə xəstəxanaya çatdırılıb”.
Qəzvin vilayətində 3-cü gün baş verən yol qəzaları bunlarla bitmir. Yol polisi rəisinin sözlərinə görə, “Qəzvin-Zəncan yolunda Reno markalı minlik maşını bir piyadaya vurub. Polisin müqəssir hesab etdiyi piyada aldığı xəsarətdən dünyasını dəyişib.”

Bu xəbər oxucular tərəfindən 816 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |