Şrift:
Ötən ay BTC ilə 2,5 milyon ton Azərbaycan nefti nəql olunub
03.07.2015 [10:17] - Xəbərlər, İqtisadiyyat
2015-ci ilin iyun ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 597 725 ton Azərbaycan nefti nəql olunub.

SOCAR-ın saytı məlumat verir ki, cari ilin yanvar-iyun aylarında bu kəmərlə 14 544 284 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il iyul ayının 1-dək BTC-yə 278 369 216 ton neft vurulub.

Bundan başqa, 2015-ci ilin iyun ayında BTC kəməri ilə 343 394 ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub.

Həmçinin 2015-ci ilin iyun ayı ərzində 2 797 573 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 841 720 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-iyun aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 14 510 833 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il iyul ayının 1-dək Ceyhan limanından 276 449 923 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Bu xəbər oxucular tərəfindən 792 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed