Şrift:
Polislə razılığa gələndən sonra heç bir konsert ləğv edilməyəcək
03.07.2015 [10:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın İslami İrşad və Mədəniyyət Nazirliyinin sözçüsü Hüseyn Nuşabadi jurnalistlərlə görüşündə nazirliyin ölkədə keçirilməsinə icazə verdiyi konsertlərin bir sıra özbaşına qruplar tərəfindən ləğvindən danışıb.
Hüseyn Nuşabadi deyib ki, yaranmış problemin həlli üçün nazirliklə hüquq-mühafizə qüvvələri arasında danışıqlar aparılır: “İcazəli konsertlərin ləğvinin fəsadlarını nəzərə alaraq ölkənin bir sıra rəsmiləri, o sıradan da prezident Həsən Ruhani və Məhkəmə Sisteminin rəisi sadıq Laricani də məsələyə qarışaraq bu barədə öz fikirlərini bildirmiş, müxtəlif mövqelərdən çıxış ediblər. Bu isə sevindirici haldır.

Biz İrşad Nazirliyi olaraq yaxın vaxtlarda hüquq-mühafizə qüvvələri ilə mövzu ilə əlaqədar bir razılaşma imzalayacağıq və mən sizi əmin edirəm ki, həmin razılaşmadan sonra artıq heç bir konsertin və ya incəsənətlə bağlı heç bir tədbirin ləğvinin şahidi olmayacaq, bu xüsusdakı mövcud nigaranlığı aradan qaldıracağıq”.

Qeyd edək ki, son vaxtlarda hakimiyyətdaxili bəzi cərəyan və ya qüvvələr tərəfindən dəstəklənən, heç kəsə cavabdeh olmayan bir sıra özbaşına qruplar İrşad Nazirliyindən icazə almış konsertlərin keçirilməsinə mane olur və bu kimi tədbirləri müxtəlif bəhanələrlə dağıdırlar”.
Bu xəbər oxucular tərəfindən 987 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed