Şrift:
Traxtur klubu yeni oyunçular cəlb edib
03.07.2015 [11:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran üzrə futbol klublarının super liqa rəqabətlərinin builki müsabiqələri yaxınlaşdığı bir dönəmdə komandalar yenidən formalaşmaqdadır.
Artıq Təbrizin “Traxtur” futbol komandasının baş məşqçisi məlum olub. Xəbər verdiyimiz kimi, bu il də “Traxtur”a Portuqaliya vətəndaşı Tuni Olivera baş məşqçilik edəcək. T.Olivera “Traxtur” tərəfdarları tərəfindən olduqca çox sevilir. Buna səbəb Azərbaycan komandasının onunla çoxlu uğurlar qazanmasıdır.

Həmçinin Sruş Rəfii və Bəxtiyar Rəhmaninin “Traxtur” komandasına qoşulmaqda olduqları bildirilir. Məlumata görə, artıq bu iki oyunçunun “Traxtur” takımına qoşulması ilə bağlı bütün rəsmi və idari işlər görülüb və onların komandaya qoşulması üçün heç bir maneə qalmayıb.

“Saypa” komandasının keçmiş qapıçısı Məhəmmədrza Əxbari də “Traxtur” komandasına qoşulub. O “Traxtur” klubu ilə 2 illik müqavilə bağlayaraq rəsmən T.Oliveranın yetirmələri sırasında yer alıb. Bu barədə “Traxtur” klubunun mətbuat işləri üzrə müdiri məlumat verib.

“Sepahan” takımının keçmiş qapıçısı da “Traxtur” klubunun məsulları ilə razılığa gəlib. Rəhman Əhmədi bir sıra müzakirələrdən sonra “Traxtur” klubu ilə daxili müqavilə imzalayıb. O, müqavilə imzaladıqdan sonra Təbrizdən gedib və yenidən qayıtmaq üçün hazırlıq işləri ilə məşğuldur.
Bu xəbər oxucular tərəfindən 833 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed