Şrift:
Iranda siyasi,iqtisadi və ictimai böhran dahada dərinləşib
21.01.2012 [14:05] - DAVAMın yazıları
Atom-nüvə proqramı “İranda iqtisadi islahatların keçirilməsinə də problem yaratmaqdadır. Ölkənin neft naziri Məsud Mirkazımi bildirib ki, sənayenin müasirləşdirilməsi üçün yaxın 5 ildə İrana 200 milyard dollar sərmayə lazımdır. "Iran Daily"yə müsahibəsində o, neft, qaz, neftayırma sənayesinin xarici sərmayəyə daha çox ehtiyacı olduğunu söyləyib. Onun sözlərinə görə, yatırımın yoxluğu və ya azlığı istehsalın həcminə nəzərə çarpacaq dərəcədə təsir göstərir.
Nazirin sözlərinə görə, neft və qaz hasil olunan yataqların istismarı yaxın bir neçə ilə başa çatacaq, yeni yataqların kəşfi, eləcə də işlənilməsi üçün maliyyə vəsaiti yetərincə deyil.
Vəziyyətdən çıxış yolunu Tehran molla hakimiyyəti bir zamanlar xalqın qanı bahasına milliləşən, habelə şah rejimindən qalma müəssisələrin özəlləşdirilməsində görür. İranın özəlləşdirmə üzrə dövlət qurumunun sədr müavini Mehdi Oqatai bildirib ki, ötən il 500-dən artıq dövlət müəssisəsi xüsusiləşdirilib. İran hesab edir ki, bu əməliyyat nəticəsində 12,5 milyard dollar əldə edəcək.
Müavinin sözlərinə görə, 2011-ci ildə daha 524 dövlət müəssisəsi özəlləşdiriləcək. "Fars" xəbər agentliyinin yaydığı məlumatında bildirilib ki, bu iqtisadi əməliyyat hərrac, tender və başqa üsullarla gerçəkləşdiriləcək.
Oqatai deyib ki, ilk növbədə dövlət müəssisələrindən Bəndər-Abbas və Abadan neftayırma kombinatları Tehrandakı fond birjasına çıxarılacaq.
İSNA-nın məlumatına görə, İranın neft naziri Məsud Mirkazımi bəyan edib ki, ölkədəki bütün neftayırma və neft-kimya müəssisələrini özəlləşdirmək niyyətləri ciddidir. Bu sahə, eləcə də mühəndis-texniki və buruq şirkətləri də bütünlüklə özəl sektora satılacaq.
Amma iranın qərb və İsraillə hər an başalaya biləcək müharibə ehtimalı İran molla rejiminin bu arzusunu ürəyində qoyurub ona görəki xarici şirkətlər iranın dürumunu nəzərə alaraq iranın neft sənayəsinə sərmayə qoymağa tələsmirlər.
Xatırladaq ki, bu günlərdə dünyanın bir sıra şirkətləri İrana benzin satmayacağını bildirib.
ABŞ sanksiyalarına etinasızlıqda adı çəkilən Hollandiyanın "Şell" neft şirkəti İrana neft ixracını dayandırdığını bəyan edib. Şirkətin təmsilçisi jurnalistlərə açıqlamasında deyib: "Biz artıq İrana benzin satmırıq". O, bu addımın səbəbini söyləməyib. Ancaq Amerikanın bəlli yasağı ilə bunun əlaqəsi olduğu ehtimal edilir. "Şell" lə yanaşı daha üç böyük şirkət - "Vitol", "Trafiqura" və "Glinkor" da İslam Respublikasına benzin ixracını dayandırdıqlarını və yanacaq satışının siyasi baxımdan riskli olduğunu bəyan edib.
Qeyd edək, İranın gündəlik benzin ehtiyacı 65 milyon litrdir, bunun 22 milyon litri idxal hesabına ödənilir.
Ötən il Rusiyanın "LUKoyl" neft-qaz şirkəti də İslam Respublikasının "Anaran" adlı neft layihəsindən imtina etdiyini bildirib. Bu addım şirkətə 63 milyon ziyan vuracaq. Bu layihədə "LUKoyl"un payına 20 faiz düşür. Qalanı isə Norveçin "Statoyl"undur. Məlumatlara əsasən norveçlilər də layihədə fəaliyyətini dondurub.
Hindistanın ən böyük neftayırma şirkəti - "Reliance" İrandan neft idxalını dayandırdığını bəyan edib. Şirkət rəsmiləri bildirib ki, bu il başlayandan İslam Respublikasından neft idxal etməyib və bu ölkə ilə bağlanan müqavilənin müddətini uzatmayacaq. Onlar məsələnin mahiyyəti haqda açıqlama verməsə də, mütəxəssisləri bunun İrana qarşı məlum sanksiya ilə əlaqəsi olduğunu istisna etmirlər. Məlumata görə, "Reliance" ötən il İrandan hər gün 100 min barrel həcmində neft idxal edib.
Beynəlxalq iqtisadi sanksiyalar, ölkədə sabit və təminatlı olmayan siyasi, iqtisadi və sosial vəziyyət özəlləşdirmənin gerçəkləşməsində ciddi problemlər yaratmaqdadır. Bu sayaq amillərə maliyyə böhranı da əlavə edilsə İslam Respublikası iqtisadiyyatındaki böhranın dahda dərinləşdiyi aydın görünür.
Bundan başqa, xaricdən özəliklə Çin dən gətirilən mallar ölkədə istehsal olunanlardan ucuz başa gəldiyindən belə müəssisələr ziyanla işləyir. Odur ki, dövlətdən kredit alan həmin qurumlar da məhsul istehsal etməkdənsə, xaricdən mal alıb ölkədə satmağa üstünlük verir. Bu isə son nəticədə işsizliyin artması ilə müşahidə edilir.
Bu günlərdə "Təbrizin Avtomobil zavodun 80 nəfər işçisi işdən çıxarılıb Təvvəkkülü Kibriti" adlı fabrikində 49 işçi işdən azad olunub. Buna səbəb kimi kibritin satışının zəifləməsi göstərilir. Fabrikdəki işçilərdən birinin sözlərinə görə, Pakistandan gətirilən bu növdən olan məhsul daha ucuz başa gəldiyindən daxili bazarda yerli məhsulun satışı zəifləyir. Məlumata görə, Təbrizdəki bu zavodun əvvəllər 400 işçisi olub, hazırda isə bu müəssisədə 130 nəfər çalışır.Belə faktları iranın bütün bölgələrinə şamil etmək olar eyni vəziyyət həm özəl həmdə dövlət müsisələrində müşahidə olunmaqdadır.
İrana qarşı sanksiyalar -artıq öz təsirini açıq-aşkar göstərir. Beləki, İran pulu an-baan dəyərini itirir. İran bazarında dolların kursu kəskin şəkildə dəyişərək,1 dollar 1780 tümənə (17800 riyala) alım-satım,olub.İranda Avro və Funt kursuda anbaan dəyişir.
1 funt 2550 , 1 Avro isə 2230 tümənə müamilə olunub. Qeyd edək ki, Barak Obama İrana qarşı əlavə, daha sərt sanksiyaların tətbiqini nəzərdə tutan müdafiə üzrə yeni qanun layihəsini imzalayıb.Sənədə əsasən İranın Mərkəzi Bankı ilə əməkdaşlıq edənlərə qarşı Amerikanın maliyyə sistemi ilə əlaqə yasaqlanacaq. Dolların qiymətində artış məhz bu qərardan sonra yeni vüsət alıb.İran rejimi yenini qanun qəbul edərək vətəndaşlara xəbərdarlıq etdiki bundan sonra cibində dollar gəzdirən şəxsin mütləq həmin məbləği təsdiq edən qanuni icazəsi olan fakturası olmalıdır əks təqdirdə həmin şəxs cinayət məsüliyyətinə cəlb olunacaq.İranda həta mobil telfonlarda sms yazarkən doolar sözünə yasaq qoyulub.
Rəsmi qeydiyata görə iranda işsizlərin sayı 5 milyon nəfərdən artıq olduğu göstərilsədə bu rəqəm son bir ildə ik dəfə artığı bildirilir.Yoxsulluq faizi isə subsidaların ləğvindən sonra İranın Azərbaycan,Xuzistan,Kürdüstan,vilayətlərində 20% dən 30% qədər mərkəzi vilayətlər də isə bu rəqəm 18-25% oduğu bildirilir.Bu səbəbdəndə iranda yoxsulluqdan,işsizlikdən əziyyət çəkən insanlar məcbur olub oğruluqa,narkomaniyaya və başqa cinayətlərə əl atırlar iran həbsxanalarında məhbusların sayaı günü gündən artmaqdadır həm bu səbəbdəndə İran rejimi yeni həbsxanalar tikmək qərarına gəlib.
İranda hakimiyyət daxili çaxnaşmalar nə qədər gizlədilsədə son zamanlar inqilab məhkəməsində rejimin keçmiş vəzifəli şəxslərinin və onların yaxınlarının uzun müddətli həbsləri və təhlükəsizlik orqanlarnda hətta Sepahe Pasdaranın-da çoxlu sayda jenralının və zabitlərinin istintaq çağırılması,İran hakimiyyət daxilində və ciddi orqanlarda casus axtarışına başlaması bird aha bunu göstərir ki iranda siyasi,iqtisadi və ictimai böhran dahada dərinləşib.
Beləliklə, yaxın zamanda atom-nüvə proqramı ilə bağı İrana yeni və sərt iqtisadi sanksiyaların tətbiq edilməsi öz nəticəsini verməkdədir iqtisadi sanksiyalarla yanaşı ABŞ və İsrailin hərbi təhdidləridə mövcud hakimiyyəti çıxılmaz duruma salıb. İran xalqları 31 il öncəki insanlar deyil. Elə hakimiyyətdəkilər də əvvəlki şüarçılıqla dövləti idarə edə bilmir. Başqa sözlə, ölkə ictimaiyyəti vədlərdən və özünə qapalı yaşamaqdan bezməkdədir. Son zaman baş verənlər bunu təsdiq edir.İranda qeyri Fars millətlərin Türklər,Kürdlər,Ərəblər,Bəluçlar vəTürkmənlrin milli azaddlıq hərəkatı bu rejimi dahda çıxılmaz vəziyyətdə qoyub.
MDHP Güney Azərbaycan Departementinin sədri
Əlirza Amanbəyli
Bu xəbər oxucular tərəfindən 1805 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed