Şrift:
DİN "Kapital Bank"ın filialında baş verən basqının təfərrüatlarını açıqladı: Sürücü inkassator tutuldu
04.07.2015 [10:48] - Gündəm, Hüquq
Daxili İşlər Nazirliyi "Kapital Bank" ASC-nin Abşeron filialında baş verən insidentə aydınlıq gətirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini polis polkovniki Ehsan Zahidov bildirib ki, "Kapital Bank" ASC-nin Abşeron filialının sürücü inkassatoru Hikmət Əliyev əvvəlcədən planlaşdırdığı oğurluğu həyata keçirmək məqsədilə işin sonunda bankın içərisində gizlənib.

Bankın xidmətdə olan mülki mühafizəçisi Hamlet Şıxəliyevin sayıqlığı nəticəsində gecə saatlarında içəridən gələn səsdən duyuq düşüb. İçəridə sürücü inkassatoru aşkar edib. Sürücü inkassatoru Hikmət Əliyev üzərində gəzdirdiyi bıçaqla mühafizəçinin üzərinə hücum çəkib və onlar əlbəyaxa olublar. Bu zaman mühafizəçinin əlindəki tabel silahı açılıb və güllə mühafizəçinin dizini yaralayıb.

Mühafizəçinin yaralanmasından istifadə edən sürücü inkassator hadisə yerindən qaçmağa müvəffəq olub.

Buna baxmayaraq dərhal hadisə yerinə gələn Abşeron rayon Mühafizə İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Hikmət Əliyevi yaxalayaraq istintaqa təhvil veriblər.
Bu xəbər oxucular tərəfindən 929 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed