04.07.2015 [10:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, təbrizli gənc fəal Əmir Bənayi Kazimi yenidən tutulub. Fəal beş gün əvvəl həbs edilsə də, bu barədə məlumat yenicə yayılıb.
İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları Əmir Bənayi Kazimini iyunun 28-də şəxsi mənzilində tutaraq naməlum istiqamətə aparıb. Azərbaycanlı fəalın konkret nədə günahlandırıldığı və hazırda harada saxlandığı bilinmir.
Əmir Bənayi Kazimi milli zəmində apardığı dinc fəaliyyətlərinə görə bundan əvvəl də bir neçə dəfə tutulub. Bu ilin aprel ayında o şəxsi mağazasının tablosunda türk dilində təbliğat xarakterli yazılar qoyduğuna görə saxlansa da, az müddət sonra azadlığa buraxılıb.
Qeyd edək ki, fəal həmçinin 2006-cı ilin iyun ayında Təbrizdə əhalinin keçirdiyi aksiyalara qatıldığına görə tutulsa da, bir müddət saxlandıqdan sonra mülk girovu qarşılığında sərbəst buraxılmışdı. Gənc fəal milli zəmindəki sivil fəaliyyətlərinə görə 2007 və 2008-ci illərdə də bir müddət saxlanılıb.

Bu xəbər oxucular tərəfindən 776 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |