04.07.2015 [14:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Qulam Qulizadə Urmiyənin inqilab məhkəməsinə çağırılıb.
GAMAC-ın rəsmi saytı yaydığı məlumatda bildirir ki, azərbaycanlı fəal telefon çağırışına məhəl qoymadığından bu dəfə yazılı hökm vasitəsi ilə məhkəməyə çağırılıb. O, çağırış hökmünə əsasən iyulun 20-də (tirin 29-da) Urmiyənin inqilab məhkəməsinə müraciət etməlidir.
Q.Qulizadə Ana Dili ilə bağlı etdiyi mədəni fəaliyyət, Təbiət günü mərasiminə qatılması və həmçinin Urmu gölünün vəziyyəti ilə bağlı etdiyi fəaliyyətlərə görə sistemin əleyhinə təbliğdə günahlandırılıb.
Adını çəkdiyimiz milli-mədəni fəal iyunun 7-də (xordadın 17-də) Urmiyədə öz şəxsi evində İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) təhlükəsizlik bölümü qüvvələri tərəfindən saxlanılıb və iyunun 11-də 50 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.
Bildirək ki, fəal yaxalanarkən məmur tərəfindən zorakılığa məruz qalıb və döyülüb. Həmçinin fəala aid olan laptop, fotokamera (durbin), kitablar və s. kimi bir sıra şəxsi əşya məmurlar tərəfindən zəbt edilib və idarəyə aparılıb.
Məlumata görə, fəalın məmurlar tərəfindən aparılmış əşyaları hələ də qaytarılmayıb. Bu barədə məhkəmə orqanları göstəriş versələrdə Sepahın təhlükəsizlik bölümü məhkəmə hökmünə məhəl qoymadan əşyaları qaytarmaqdan imtina edir.

Bu xəbər oxucular tərəfindən 735 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |