04.07.2015 [16:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəallar Hüseyn ƏliMəhəmmədi və Taha Kirmaninin dosyesi apelyasiya məhkəməsinə yenidən qaytarılıb.
Təbriz inqilab məhkəməsinin 3-cü şöbəsi hökmdə olan yalnışlığı aradan qaldırdıqdan sonra azərbaycanlı fəalların hökmünü Şərqi Azərbaycan apelyasiya məhkəməsinin (təcdide nəzər məhkəməsi) 7-ci şöbəsinə qaytarıb.
Keçən həftə Şərqi Azərbaycan apelyasiya məhkəməsinin 7-ci şöbəsi hökmün zahirinə irad tutaraq onu islah etmək üçün Təbriz inqilab məhkəməsinin 3-cü şöbəsinə göndərmişdir. Dosye islah olunduqdan sonra iyulun 1-də (tirin 10-da) apelyasiya məhkəməsinə yenidən qaytarılıb.
Qeyd edək ki, Təbrizin inqilab məhkəməsi Hüseyn Əliməhəmmədi və Taha Kirmanini islam müqəddəsatını təhqir etmək və islam hökumətinə zərbə vurmaq məqsədi ilə ictimai mülkiyyəti yandırmaqda ittiham edib və hər birini 10 həbs cəzasına məhkum edib. Məhkəmə tərəfindən elan olunan mətndə müttəhimlərin müqəddəsata təhqiri buna əsaslanır ki, İran bayrağının üzərində “Allah” sözü var və həmin bayraq müttəhimlər tərəfindən yandırılıb. Lakin fəallar bu ittihamı təmami ilə əsassız sayıb və rədd ediblər.
Adını çəkdiyimiz fəallar bundan öncə “Susma” dərgisi və “Susuz göl” veblaqında yaydıqları bir mətləbə görə sistemin əleyhinə təbliğ və rəhbəri təhqir etməkdə günahlandırılıb və 3 il həbs cəzasına məhkum edilmişdir. Həmin hökm apelyasiya məhkəməsi (təcdide nəzər məhkəməsi) tərəfindən də təsdiqlənib.
Taha Kirmani 2013-cü il noyabrın 4-də (1392-ci il abanın 13-də) saxlanılıb və sorğu-suala tutulduqdan sonra Təbriz zindanına köçürülüb. O 5 aydan çox saxlanıldıqdan sonra 2014-cü il aprelin 15-də (1393-cü il fərvərdinin 26-da) mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Hüseyn Əliməhəmmədi isə hazırda Təbrizin mərkəzi zindanının 12-ci bölümündə saxlanılır. O so

Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |