Şrift:
Yerevan polisi etirazçılara hədə-qorxu gəldi
05.07.2015 [11:34] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Yerevan polis rəisinin müavini Valeri Osipyan jurnalistlərə bildirib ki, Yerevan polisi etirazçıların prezident administrasiyasına tərəf hərəkətinə icazə verməyəcək. Bu barədə RİA Novosti agentliyi xəbər verir.

Aksiya iştirakçıları baza ertəsi günü saat 21:00-a qədər etirazçıların tələblərinin yerinə yetirilməsini tələb ediblər, əks halda barikadaları hər gün 1 metr qabağa çəkəcəklərini bildiribkər. Etirazçıların prezident administrasiyası ilə aralarında təxmini 60 metr məsafə var.

Osipyan buna icazə verilməyəcəyini bildirib: "Biz onların hər gün 1 metr qabağa hərəkət etməklərini qoymayacağıq."

Qeyd edək ki, iyunun 19-da Yerevanda elektrik enerjisi tariflərinin 16 faiz bahalaşmasına qarşı başlamış etiraz aksiyaları indiyədək davam edir.
Bu xəbər oxucular tərəfindən 1248 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed