06.07.2015 [10:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran parlamentinin sədri Əli Laricani iyulun 2-si axşam saatlarında jurnalistlərə açıqlamasında ölkənin 5+1 qrupu ilə Vyanada apardığı nüvə danışıqların daxili müxaliflərini kəskin tənqid edib.
Əli Laricani deyib ki, Qərblə danışıqlar ölkənin dini liderinin razılığı ilə aparılsa da, bu müzakirələrin bir sıra daxili müxalifləri məsələ ilə bağlı səhv fikir və bəyanatlar səsləndirərək cəmiyyətdəki ictimai fikri çaşdırmağa çalışırlar: “Ölkə rəsmiləri və Qərblə müzakirə aparan nümayəndə heyətimizin üzvləri milli mənafeyimizi qorumaq üçün onlara təyin edilmiş qırmızı xəttə riayət edirlər. Lakin buna baxmayaraq təəssüflər olsun ki, ölkə daxilində bəzi şəxslər nüvə danışıqları barədə səhv fikirlər irəli sürür, öz düşünülməmiş bəyanatları ilə cəmiyyətin ictimai zehnini korlayırlar.
Bir nəfər öz çıxışlarının birində deyib ki, Cenevrədəki müvəqqəti razılaşmadan sonra ölkənin bütün nüvə təsisatları qapadılıb. Digər bir şəxs də deyib ki, bu razılaşmadan sonra nüvə texnologiyası artıq əlimizdən çıxıb və biz onu amerikalılara vermişik. Başqa bir şəxs də camaatı təhrik edərək deyib ki, ölkənin dini lideri nüvə məsələsində təklənib. Halbuki dini liderin özü dəfələrlə Qərblə nüvə müzakirəsi aparan nümayəndə heyətimizin üzvlərini dəstəkləyib və onların igid, qeyrətli və mömin şəxslər olduğunu vurğulayıb.
Düzdür, hazırda nüvə problemi iklə bağlı bir sıra çətinliklər var. Lakin İran nümayəndə heyəti həmin məsələlərin həllinə çalışır. Nəzərə almaq lazımdır ki, bu kimi təxribat xarakterli sözlərlə ölkənin birliyini qorumaq olmaz”.
Laricani nüvə danışıqların daxili müxaliflərinin kimliyi barədə konkret hər hansı bir açıqlama verməyib.

Bu xəbər oxucular tərəfindən 792 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |