Şrift:
Xanım Jalə Təbrizi BMT insan haqları şurasının iclasında qadın haqları ilə bağlı çıxış edib
06.07.2015 [10:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xanim Jalə Təbrizi BMT (Birləşmiş Millətlər Təşkilatı) insan haqları şurasının yanında keçirilən 29-cü iclasda qadınlara qarşı zorakılıq mövzusunda çıxış edib.
İyunun 29-da baş tutan iclasda xanım J.Təbrizi İran və xüsusi ilə də Güney Azərbaycanda qadınların durumuna işarə edib.

O sözlərinin bir hissəsində deyib:

“Qadınlara qarşı zorakılıq çox yayılmış bir xəstəlik kimidir və təxminən bütün millətlər bu problemlə üz-üzədir. Bizim isə problemimiz ikiqatdır. İran İslam Cümhuriyyəti həm qadınlara qarşı zorakılıq və həm də qadınlara qarşı ayrı-seçkilik yanaşmasına rəsmiyyət verib və onun ən bariz nümunəsi məcburi hicab məsələsidir. İranda zülm altında yaşayan bölgələrdə, o cümlədən Azərbaycanda əhalinin ənənələr çərçivəsində saxlanılması qadınlara qarşı zorakılığı biraz da artırır.

Məsələn Azərbaycanda toplumun dini mədəniyyəti və hökumətin əlavə etdiyi ənənələr, həmçinin qeyri-fars bölgəsi kimi toplumda hakim olan təhlükəsizlik atmosferi, fərdi və şəriət hüquqları ilə tanış olmamaq, dil sorunu, mədəniyyət və s. kimi məsələlər qadınlara qarşı əlavə zülmə səbəb olur. Bundan başqa kişi və ataərkil ailə sistemi də qadınlarda mədəniyyət dəyərlərini davamlı olaraq formalaşdırır. Bir Azərbaycan qadını cinsiyyət kimliyi və ədalətsizliyi ilə yanaşı milli-etnik ədalətsizliklərə də məruz qalır. Bir tərəfdən qadın olduğuna görə, cinsinə görə və bir tərəfdən də türk olduğuna görə zülmə məruz qalır. Buna görə də Azərbaycanda qadınların problemi bir neçə qatdır.”

Xanım Təbrizi sözlərinin davamında vurğulayıb ki, “hökumətin qadınlara qarşı apardığı ayrı-seçkilik siyasəti ilə yanaşı onlar öz milli və ictimai hərəkətlərində də ayrı-seçkiliyə məruz qalır. Bu da kişi vəya ataərkilliklə bağlıdır. Qadınlara qarşı ayrı-seçkiliyə yoxsulluq, savadsızlıq və s. kimi problemləri də əlavə etmək olar.

Ana dilində təhsil almamaq Azərbaycan türklərinin ən önəmli problemlərindən biridir. Ona görə ki, qalıcı bir inkişafdan söz gedirsə, hər kəs öz ana dilində təhsil almalıdır və bu onun insani haqqıdır. İranda savadsızlıqla mübarizə mərkəzinin müdiri elan edib ki, savadsızlıq uzaq məntəqə və şəhərlərdə çoxdur və əksər savadsızlar qeyri-fars qadın və qızlarda görünür. Lakin bütün bunlara baxmayaraq dövlət ana dildə təhsillə müxalifdir.”

Xanım J.Təbrizi sözlərinin sonunda azyaşlı qızların ailə həyatı qurmasından da danışıb. O bildirib ki, “Şərqi Azərbaycan 4485 nikahla 10-14 yaş arası qızların ərə verilməsində ən yüksək statistikaya malikdir. Həmədan isə 966 nikahla azyaşlı qızların ərə verilməsində birinci yerdədir.
Bu xəbər oxucular tərəfindən 1470 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed